AZERBAYCANIN YENI NEFT STRATEGIYASI VE BTC NEFT KEMERININ SOSIAL-IQTISADI INKISAFINDA ROLU

AZERBAYCANIN YENI NEFT STRATEGIYASI VE BTC NEFT KEMERININ SOSIAL-IQTISADI INKISAFINDA ROLU.

PLAN:

1.Azerbaycan neftinin inkisaf tarixi.

2.Heyder Eliyev ve Azerbaycanin yeni neft strategiyasi.

3.BTC neft kemerinin sosial-iqtisadi ehemiyyeti.

1.AZE䉒奁䅃⁎䕎呆义义䤠䭎卉䙁吠剁塉⹉

Neft Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan qədim dövürdən neft diyarıdır, neft və qaz kimi təbii sərvətlərə malikdir, Azərbaycanda neft qədimdən hasil edilsə də, yalnız XIX əsrin ortalarında sənaye xarakteri almışdı. Və Azərbaycanın neft və qaz hasilatı bir neçə mərhələdə təşəkkül tapmışdır.

1. İntensiv neft hasilatının başlanmasına qədərki dövr

Bu dövr XIX əsrin əvvəllərindən başlayaraq 1871-ci ilə qədər olan bir dövrü əhatə edir. 1837-ci ildə Balaxanıda artıq ilk neftayırma zavodu tikilir. 1872-ci ildə, neft sənayesi üçün əlverişli şərait yarandığı bir dövrdə xarici neft inhisarları meydana göldi. Əsrin ortalaında artıq neftin mexaniki üsulla çıxarılmasına başlanır. 1844-1847-ci illərdə Xəzər dənizi sahilində Bibiheybətdə dünyada ilk dəfə olaraq mexaniki üsulla neft quyusu tikilir.

2. 1872-si ildən 1920-ci ilə qədərki dövr

Bu illər neft hasilatının sənaye üsulu ilə sür'ətli inkişafı, infrastrukturların yaranması, Bakının neft mərkəzi kimi şöhrətinin artması, xarici inhisarların, sahibkar və kapitalistlərin Azərbaycanın neft sənayesinə sərmayə qoyması kimi yadda qal mışdır.

Güclü inkişaf nəticəsində quyuların sayı daha da artmışdır. Bu dövr ərzində Azərbaycanda 240 milyon tondan çox neft həsil edilmişdi.

3. 1921-1940-cı illəri əhatə edən dövr

Azərbaycanda Sovet hakimiyyətinin qurulması Azərbaycanda neft sənayesinin inkişafına öz təsirini göstərdi. Azərbaycanda neft milliləşdərildi. Belə ki, birinci beşillikdə Azərbaycanın neft sənayesinin bərpası başa çatdı. 1928-ci ildə hasilat 11,6 milyon tona yüksəldi. İkinci və üçüncü beşilliklərdə Qaraçüxür, Zığ yataqlarının kəşfi ilə əlaqədar hasilatda mühüm artım əldə edildi. Bu tarixi dövr Azərbaycanın neft hasilatında ən məhsuldar mərhələ kimi yadda qalmışdı.

4. 1941-1949- cu illəri əhatə edən dövr

II Dünya müharibəsi Azərbaycan neft sənayesinə, onun gələcək inkişafına ağır zərbə vurdu. Neftin nəqlində yaranmış ağır vəziyyət çoxlu net quyularının konservasiyası ilə nəticələndi. Bu dövrün sonlarında neft həsilatında artma müşahidə olunsa da, 1933-cü ildən 1942-ci ilədək əldə olunan səviyyəni ötüb keçmək mümkün olmadı.

5. 1950-1980- ci illəri əhatə edən dövr.

Bu illər ərzində Azərbaycanın quru sahələrində 290 milyon ton neft çıxarılmışdı. 1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neft hasil edilmişdi.

6. 1981-1991-ci illəri əhatə edən dövr

Bu dövrlərdə hasilat aşağı düşmüşdü və buna təsir edən amillərdən biri də uzun illərin diqqətsizliyi, bu sahənin mütərəqqi texnika və texnologiyanın tətbiqindən kənarda qalması, köhnə avadanlığın mə'nəvi və fiziki aşınmasının başa çatması ilə əlaqələndirilməlidir.

2.HEYDER ELIYEV VE AZERBAYCANIN YENI NEFT STRATEGIYASI.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iq- tisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamış-dır.Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi

sistem,bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Dövlət müstəqilliyinin bərpasından sonra qısa vaxt ərzində Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin uza...

Далее