Əmək və sosial müdafiə hüququ

Скачать
Тип
Рефераты
Категории
Право
Язык

"Əmək və sosial müdafiə hüququ" fənnindən

REFERAT İŞİ

► 1. Mülki hüquq münasibətləri, əqdlər, müqavilələr. Mülki hüquq münasibətlərinin subyektləri. Sığorta müqaviləsi – Mülki hüquq termini qədim zamanlardan «jus ciuile» latın sözündən meydana gəlmiş, “vətəndaş hüququ“ deməkdir. Mülki hüquq - müstəqil hüquq sahəsi kimi mülki hüquq subyektlərinin əmlak, şəxsi qeyri-əmlak, münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq və s. digər vəzifələri əhatə edir. (MM maddə 1.2).

AR mülki qanunvericiliyi ARK-na əsaslanır və MM-dən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ aktlardan ibarətdir. (MM m. 2)

Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:

- Mülki hüquq subyektlərinin bərabərliyi; (mənsubiyyətindən asılı olmayaraq)

- Mülki hüquq subyektlərinin iradə sərbəstliyi; (seçmək hüququ)

- Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; (hər bir subyekt öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququna malikdir)

- Mülkiyyətin pozulmazlığı; (qanuni əsas olmadan heç bir mülkiyyət alına bilməz)

- Müqavilələr azadlığı; (kontragent seçilməsində sərbəstlik)

- Şəxsi həyata kimsənin özbaşına qarışmasının yolverilməzliyi; (mütləq hüquq)

- Pozulmuş hüquqların bərpasını təmin edilməsi; (restitusiya)

- Mülki hüquqların məhkəmə müdafiəsi; (yurisdiksiya).

Mülki hüquq vasitəsi ilə nizamlanan münasibətlər

Mülki hüquq vasitəsi ilə nizamlanan münasibətlərin əsasını «Əmlak» münasibətləri təşkil edir. «Əmlak» münasibətləri mülkiyyətin əldə edilməsi, sərəncam verilməsi ilə əşya-pul formasında nizamlanır. Əmlak münasibətləri əksər hallarda əmlakın müəyyən şəxslərdə olması (əmlak münasibətləri) və ya əmlakın bir şəxsdən, başqasına keçməsi ilə (öhdəlik münasibətləri) əmələ gəlir, fəaliyyət göstərir. «Öhdəlik» münasibətləri müxtəlif əsaslardan o cümlədən müqavilələrdən birtərəfli sazişlərdən əmələ gəlir. «Öhdəlik» münasibətləri həmçinin digər şəxslərə vurulmuş ziyan nəticəsində, əsassız varlanma nəticəsində və s. hallarda meydana gəlir.

Mülki hüquq subyektləri

Mülki hüquq subyektləri aşağıdakılardır:

1. Vətəndaşlar 2. Hüquqi şəxslər 3. Dövlət və bələdiyyə təşkilatları

Mülki hüquq subyektliyi - dövlət tərəfindən müəyyən edilmiş təminat verilmiş və şəxslərə imkan yaradılaraq mülki hüquq münasibətlərinin iştirakçısı sayan ümumi tipli verilən hüquqdur.

- Vətəndaşlar fiziki şəxslərin Mülki hüquq qabiliyyəti dedikdə - mülki hüquq və vəzifələri daşımaq yəni bu hüquq və vəzifələrin subyekti ola bilmək kimi başa düşülür.

- Mülki hüquq qabiliyyəti fiziki şəxsin, insanın hüquqlara malik və vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. (MM. 25.1)

Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. (MM.25.2)

- Vətəndaşların fiziki şəxslərin fəaliyyət qabiliyyəti - (fiziki şəxslərin) - şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

Mülki hüquq fəaliyyət qabiliyyətinin mahiyyəti ondan ibarətdir ki, şəxs onun vasitəsi ilə mülki dövriyyədə iştirak edə bilir, sərbəst əqdlər, müqavilələr bağlamaq və...

Далее