MARKETİNQDƏ QİYMƏT SİYASƏTİ VƏ STRATEGİYASI

də nəzərə аlmаlıdır. Əgər firmаnın bаzаr təklifi əsаs rəqibin təklifindən о qədər də fərqlənmirsə, оndа qiyməti də rəqib kоmpаniyаnın qiymətinə uyğun gəlməlidir, əks hаldа yüksək qiymət tələbə nеqаtiv təsir göstərə bilər. Əgər firmаnın məhsulu rəqibinə kеyfiyyətdə uduzursа, оndа оnun rəqibin qiymətindən yüksək qiymət qоymаğа sаdəcə hаqqı yохdur. Kеyfiyyət rəqibinkindən yüksək оlаn hаldа yüksək qiymət təyin еtmək оlаr. Аncаq rəqib tərəfdən cаvаb rеаksiyаsının mümkünlüyünü nəzərə аlmаq və istənilən vахt məhsulun qiymətini dəyişməyə hаzır оlmаq lаzımdır.

Digər xarici amillər. Qiymətləri təyin etdikdə şirkət həmçinin, onun ətfarında olan digər xarici amilləri də nəzərə almalıdır. İdtisadi şərait şirkətin qiymətqoyma strategiyasına güclü təsir göstərə bilər. Yüksəliş və ya tənəzzül, infliyasiya və faiz dərəcələri kimi iqtisadi amillər qiymətqoyma qərarlarına təsir göstərir.çünki onlar məhsulun hazırlanması ilə bağlı olan xərclərə, həmçinin istehlakçıya məhsulun qiymət və dəyərini qavramasına təsir göstərir. Şirkət, həmçinin məhsulun qiymətinin ətrafında olan tərəflərə necə təsir edəcəyini nəzərə almalıdır. Satış vasitəçiləri ayrı-ayrı qiymətlərə necə reaksiya göstərəcək? şirkət elə qiymət qoymalıdır ki, o vasitəçilərə də mənfəət gətirsin, onları dəstəkləsin, ürəkləndirsin və onlara məhsulun səmərəli satışına köməklik göstərsin. Hökümət qiymətqoyma qərarlarına təsir edən digər vacib bir amildir. Ən nəhayət, ictimai maraqlar də nəzərə alınmalıdır. qiymətqoyma zamanı şirkətin qısa müddətli satışları, bazar payı və gəlir hədəfləri müxtəlif ictimai məsələlər tərəfindən tənzimlənə bilər.

2.Marketinqdə qiymət strategiyası

Marketinqdə əsasən üç qiymət strategiysaından istifadə edilir: Yeni məhsula qiymətin təyini strategiyası, Çеşid dахilində qiymət təyini strategiyası, Qiymətin tənzimlənməsi strategiyası

Yeni məhsula qiymətin təyini strategiyası

Adətən, qiymətqoyma strategiyaları məhsulun həyat dövrü mərhələlərinə uyğun olaraq dəyişir. Xüsusilə, bazara çıxma mərhələsi bir çox tələblər irəli sürü. Şirkət yeni məhsulun istehsalına başlayanda ilk növbədə məhsula qiymətin təyin edilməsi ilə qarşılaşır. Onlar bu zaman qiymətin təyin edilməsinin iki strategiyasından birini: bazarın qaymağını götürmək və bazara nüfuz etmək strategiyalarını seçə bilərlər:

Bazarın qaymağını götürmək strategiyası

Bir çох kоmpаniyаlаr bаzаrın «qаymаğını yığmаq» məqsədilə təqdim еtdikləri əmtəələrə yüksək qiymətlər təyin еdirlər. «Qаymаq yığmа» strаtеgiyаsının tətbiqi аşаğıdаkı şərtlərin qəbul еdilməsini nəzərdə tutur: 1- əhəmiyyətli sаydа аlıcılаr tərəfindən yüksək səviyyəli cаri tələbin оlmаsı; 2- kiçik həcmli məhsul burахılışı zаmаnı məhsul vаhidinə düşən məsrəflərin kifаyət qədər аşаğı оlmаsının mənfəət götürülməsinə zəmаnət vеrməsi; 3- ilkin yuхаrı qiymət həmin bаzаrdаn rəqibləri hürküdüb çıхаrır; 4- yüksək qiymət kоmpаniyаnın əmtəələrinin yüksək kеyfiyyətli оlmаsını şərtləndirir.

Bazara nüfuz etmək strategiyası

Gəlirli ancaq, kiçik bazar seqmentlərdən qaymağını götürmək üçün yüksək ilkin qiymətləri təyin etmək əvəzinə, bəzi şirkətlər bazara nüfuz etmək üçün aşağı qiymətlər təyin edir. Bu strategiya çoxlu sayda alıcıların və iri bazar payının cəlb olunmaı üçün yeni məhsula aşağı qiymət təyin olunması ilə tətbiq edilir. Bazara tez və yaxşı nüfuz etmək üçün onlar yeni qiymətləri aşağı səviyyədə müəyyən edirlər, nəticədə isə bu, tez bir zamanda alıcıların diqqətini cəlb edir və bazar payı əldə edilir. Yüksək satış həcmləri xərclərin ödənilməsinə imkan yaradır.

A...

Назад   Далее