Zərdüştlük

kkirləri «Avesta»nı yazan kahinlər– mağlar haqqında, demək olar ki, hər şeyi bilirdilər). Ərdəşir Papakanın dövründə isə «Avesta»nın dağınıq hissələri yenidən mobid Tansar tərəfindən toplanıb bərpa edilir. IX əsrdə yazılmış «Arda Virafnamə»də qeyd edilir ki, «Avesta» 12 min inək dərisi üzərində qızıl hərflərlə yazılıb «xəzinədə saxlanmışdır. «Tansar məktubu»nda (VI əsr) qeyd edildiyi kimi, «Bil ki, İskəndər bizim «Din» kitabımızdan 12 min inək dərisi yandırdı». Ərəb tarixçisi Məsudi «Mürüc üz– zəhəb» əsərində yazır ki, Makedoniyalı İskəndər İstəhri tutandan sonra «Avesta»nın tibbi, fəlsəfi, astroloji hissələrini yunan dilinə tərcümə etdirib özünü yandırtdı.

«Avesta» 12 min lövhədə qızılla yazılıbmış. Bütün bu qeydlər «Avesta»nın həcminin böyüklüyü və məhv edilməsi haqqında müəyyən təsəvvür yaradır. Ərəblər bu kitaba qarşı daha amansız hərəkət etmişlər. «Avesta» yarandığı dövrə qədər mövcud olan anlayışları, inamları, folklor materiallarını birləşdirən böyük bir tarixi– fəlsəfi– ədəbi abidədir. Onun əsasını Qatlar təşkil etsə də, burada həmin Qatlardan əvvəlki dövrlərin epik şer nümunələri və sonralar yaranmış bədii, əxlaqi nümunələr toplanmışdır. «Avesta»da qədim azərbaycanlıların qəbilə allahları (divlər) lənətlənir, çoxlu qurbanlar kəsmək pislənilir, axirət haqqında, sonrakı dinlərdə olan qıl körpüsündən danışılır. Bu körpünü ancaq Ahuraməzdaya xidmət edənlər asan keçə bilərlər. Oda sitayiş, günahlara görə axirətdə cəzalanmaq və axirəti– zaman xilaskarının gəlməsindən söz açılır. «Avesta»da hakim təbəqələr içərisindən çıxmış rəhbərlərə itaət təbliğ edilir, lakin bu, icmanın mənafeyini inkar etmir.

Bu qədim dini kitabda dualizm başlıca yer tutur. Kitabın təbliğ etdiyi aləmdə işıqla qaranlıq, xeyirlə şər, ədalətlə zülm arasında əbədi mübarizə gedir. Mərkəzi yerdə isə Hörmüz ilə Əhrimən arasında gedən mübarizə durur. ».

Əgər Hörmüz işığın, həyatın, xeyrin, ədalətin, dünyada yaxşı nə varsa onun təmsilçisidirsə, Əhrimən isə əksinə qaranlığı, şəri, ölümü, haqsızlığı, zülmü müdafiə edir. «Avesta»da əsas mübarizə bu iki allah– xeyir və şər allahı arasında gedir. Bu mübarizə əbədidir. Lakin xeyirin qələbəsinə inam olduqca çoxdur və adam inanır ki, zaman gələcək xeyir şər üzərində qələbə çalacaqdır. Min illərlə bundan qabaq babamız Zərdüştün xeyir allahına inamı əsrlər boyu dünyanın ən qabaqcıl adamlarında haqqa, ədalətə inam hissini artırmışdır. Lakin xeyirin şər üzərində qələbə çalmasına insanların köməyi olduqca vacibdir. Yəni insanlar xeyir düşüncə, xeyir söz və xeyir işlə xeyirin əbədi qələbəsini təmin etməlidir. Bu üç müddəa– bu triada sonralar böyük filosofların yaratdığı nəzəriyyələrin– konsepsiyaların məhəkdaşı olmuşdur.

Ümumiyyətlə, xeyir fikir, xeyir söz, xeyir əməl «Avesta»da irəli sürülən əsas əxlaqi şüarlardır. Görkəmli avestaşünas Purdavudun fikrincə, bu üç tələb Zərdüşt dininin əsasıdır. Deməli, insan fikirləşəndə də, danışanda da, bir iş görəndə də xeyirxah olmalı, xeyirə xidmət etməyə çalışmalıdır. Bu müqəddəs kitaba görə insan mülayim, mehriban, gözütox olmalı, qəddar, paxıl olmamalı, düzlüyə həmişə əməl etməlidir. «Avesta»da yalançılıq ən pis keyfiyyət kimi pislənilir. Yalançı sözü şərin, qaranlığın, düşmənin sinonimi kimi işlənir.

«Avesta»nın xalq arasında geniş yayılması, həm də onun dini və bədii təsir gücü imkan vermişdir ki, Sasanilər dövründə «Avesta»nı yaddaşlardan yazıya köçürsünlər. Şübhəsiz yazıya alınan «Avesta» yandırılan əsərin tam surəti ola bilməzdi. Hətta alimlər Zərdüştün özünə məxsus olan hissəni müəyy...

Назад   Далее